Ali Ashikar - Günahkar Ulduzlardır текст песни

Текст песни Günahkar Ulduzlardır - Ali Ashikar



Günahkar ulduzlardır
Günahkar ulduzlardır
Günahkar ulduzlardır
Günahkar ulduzlardır
Sevməyi sən öyrətdin, ayrı şəhərlərdə sevdik
Bəlkə normaldır, qərar verməli idik artıq hər şeyə
Düşündüm... Dünya yuvarlaqdır
Bəlkə dönər, bir gün biz tərəfdən gülər bizə
Yaradılışın sirləri idi sənin o gözəl gözlərin
Sevməyən çıxır, gedir, bəs sevən insan gözləmir?
Gözləməzmi? Ona görə müqəddəsdir sevgi
"Sevirəm" sözü qəlbdən olsa, sözdə olanı özgədir
Dostuma belə danışmadım səninlə dostluğumuzdan
Heç nəyi gizləməmişdik ta ki, uşaqlığımızdan
Bu günə qədər ulduzlara inanmışdıq axmaq kimi
Parladılar, biz inandıq saflığımızdan
Köhnələrmi gözəldir?
Bəlkə köhnə ikən daha gözəldir hər şey, inan
Danışma, bilməsinlər hekayəmizin əvvəlin
Ulduzları seyr edəndə o qədər gözəl gülürdün ki, qıymadım
Sonrasında ən gözəl ulduza ismini verdim
Hər biri axdı, getdi səmanın dərinliyinə
Ən çox gözlədiyim, çox sevdiyin o ulduzsa axmadı
Oysa inanmışdıq səmimiliyimizdən
Əllərimi açdım ki, düşər indi ovuclarıma
Günahkar ulduz oldu, o gecə düşmədi
Heç deməmişdim sənə, qədər çətin olsa da, bax
Vaxt var ikən deyirəm indi - bəlkə heç görüşmədik
Günahkar ulduzlardır
Kiçik bir arzum vardı
Diləyim sən idin, amma olmadı
Düşmədin, ovuclarım boş qaldı
Sən mən birgə
Yaşlanaq bu ömür keçdikcə
Ən gözəli sənsən içindən
Parladın səni seçdim mən
Unutma ki
Günahkar ulduzlardır
Kiçik bir arzum vardı
Diləyim sən idin, amma olmadı
Düşmədin, ovuclarım boş qaldı
Sən mən birgə
Yaşlanaq bu ömür keçdikcə
Ən gözəli sənsən içindən
Parladın səni seçdim mən
Günahkar ulduzlardır
Günahkar ulduzlardır



Авторы: Eli Elesgerov, Camal Ismayilov


Ali Ashikar - Günahkar Ulduzlardır
Альбом Günahkar Ulduzlardır
дата релиза
25-02-2016




Внимание! Не стесняйтесь оставлять отзывы.