Ali Ashikar feat. Şahin Əlizadə - Bir Gecənin Səni текст песни

Текст песни Bir Gecənin Səni - Ali Ashikar feat. Şahin Əlizadə



O gözlərinə yazıram mahnılar
Uzun saçların tökülür əllərimə
Dayan, həsrətim, dayan, tələsmə
Doyunca baxım, getmə, qal, getmə
Dayan, mənə gecələrdən danış
Gəl, soyuq əllərindən danış
Danış ulduzların özündən
İtib getsin yuxu gözümdən
Mənə gecələrdən danış
Gəl, soyuq əllərindən danış
Danış ulduzların özündən
İtib getsin yuxu gözümdən
Otağım boş, qəlbim sənsiz
Gəl, söz keçir hisslərimə
Bir gecənin yarı, sənsiz
Yazdım şeir gözlərinə
Şəhəri izləyərək yazdım şeir gözlərinə
Bu şeir sənin olsun, qoy toxunsun hisslərinə
Gecəni yatmıram indi, yazıram, səhər açılır
Bəlkə çox öyrəşmişdim o vaxt dizlərinə
Bəlkə mənimsən indi, bəlkə başqasının
Bəlkə məni düşünərək sevirdin başqasını
Bəlkə yaş asılır, kipriyindən süzülür
Əllər alır qarşısını
Sən orda rahat deyilsən, yenidən başlayaq, gəl
Yenidən islanaq şəhərin küçələrində
Sən orda bahar deyilsən, adından utan gəl
Yenidən islanaq şəhərin küçələrində
Könlü almağı bilməyənə ömür əmanət olunmaz
Fədadır canım, ömrüm, bu könül səndə, unutma
Səni qaytarmağa yetməz, dənizləri qurutsam
Çay soyuqsa, tütün yanar, üşümərsən soyuqda
Otağım boş, qəlbim sənsiz
Gəl, söz keçir hisslərimə
Bir gecənin yarı, sənsiz
Yazdım şeir gözlərinə



Авторы: Eli Elesgerov, Shahin Elizade


Ali Ashikar feat. Şahin Əlizadə - Bir Gecənin Səni
Альбом Bir Gecənin Səni
дата релиза
22-04-2017



Внимание! Не стесняйтесь оставлять отзывы.