Alim Qasimov - Mugham Qatâr текст песни

Текст песни Mugham Qatâr - Alim Qasimov



Əvvəl, baxışında a yar
Məni heyran elədun, sən a balam
Bir incə gülüş ilə, vay vay
Ürəyimi qan elədun sən a balam
Sonra məni bir, a yar
Sonra məni bir lütf ilə xəndan elədun, sən
Əman, əman balam ey
Kafər qizi, ay yarım, ay yarım, ay yarım, ay yar
Kafər qizi axır məni sən'an elədun sən
Yansın dilim ağzımda desəm, ay canım ey
Naz-ü niyaz et a balam
Naz et mənə, ey sevgili canan, mənə naz et, a yar
Hey yar ey, ey daaad, ey yar, ey yaaar
Yar, yar, yar yar, ay əman ey
Gördüm gözəlim, özgiyə sən naz eliyəndə
Az qaldı ki,ruhum uça, can qalmadı məndə
Bu nazü-nəzakət, a yar
Bu nazü-nəzakət var ikən bir belə səndə, a yar
Dərd əhli, inan, düşmiyə bilməz bu kəməndə, a yar
Daim bu gözəl xilqətə min razü-niyaz et
Daim bu gözəl xilqətə min razü-niyaz et, a yar
Naz et mənə, ey sevgili canan, mənə naz et, a yar
Yar əman əman a yar
Ey daaad, yar, yar, yar yar, ay əman ey
Vahid demə kim, daimiyəm zövqü-səfadə
Ay dad, ay dad, ay əman ey
Mənsuri yad, etməliyik dari-fənadə
Bu, bu misrəyi-nazi o demiş bir belə sadə
A yarım ey, yar ey
Yarəb
Yarəb, sən ona rəhmətini eylə ziyadə, eylə ziyadə
Ay balam ey, yarım ey, yar ey
Qəbr içrə onun lütfünü fəraz et
Qəbr içrə onun ruhini, yarəb, lütfinlə fəraz et
Naz et mənə, ey sevgili canan, a yar
Naz et, ey dad ey
Ey yar ey, ey daaad
Yar, yar, yar yar ay əman ey



Авторы: Traditional, Julio Saverte


Alim Qasimov - Love's Deep Ocean
Альбом Love's Deep Ocean
дата релиза
16-03-2012




Внимание! Не стесняйтесь оставлять отзывы.