Aygün Kazımova - Duet текст песни

Текст песни Duet - Aygün Kazımova



Aygün Kazımova:
Mən istərəm ki, açasan sən ürəyini...
Namiq Qaraçuxurlu:
Səninlə görüşəndə ah, necə sərbəst oluram,
Bəlkə anlamıram, özüm-özümə qəsd oluram...
Atıram iş-gücümü qollarında məst oluram,
Hər işim yaxşı gedir, özümü bəxtəvər sanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram.
Hələ tezdir səni mən yerə də, göyə qisqanıram.
Çox şeyi danışmıram qaraltmamaq üçün qanını,
Sən bilirsən sevirəm canımdan artıq canını
Elə hallarda olur ki, görürəm nöqsanını
Danışım, danışmıyım içimdə alışıb yanıram...
Aygün Kazımova:
Mənim əməllərimi nöqsan hesab eyləmisən,
Amma bu böylə deyil hey yanıram, odlanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram.
Hələ tezdir səni mən yerə də, göyə qisqanıram
Mən istərəm, sən hər an məni anlayasan...(2)
Namiq Qaraçuxurlu:
Yağışın damlasının pıçıltısını izləyirəm,
O deyir "Yar gələn yolları təmizləyirəm"
Gecikirsən görüşə səbr eliyib gözləyirəm,
Gözüm yollarda qalır, kölgə düşür boylanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
Hələ tezdir səni mən yerə də, göyə qısqanıram...
Talayır, parçalayır köksümü süzgün baxışın,
Sonra bir yare qoyur üste acı davranışın,
Təki yağdırmayasan başıma hicran yağışın,
Mənə xoşdur helə bu göz yaşımda islanıram.
Aygün Kazımova:
Aşiqə səbr eləmək, canan isə naz yaraşır,
Sən dözüb səbr eləyirsən baxıram xoşlanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram.
Hələ tezdir səni mən yerə də, göyə qısqanıram
Mən istərəm, sən sevgimizə inanasan...
Namiq Qaraçuxurlu:
Elə bir vaxt gələcək ki, xoş heyat görsənəcək.
Çağıranda yarımı can deyərək dillənəcək
Hələ bilmir nədir sevmək sevəcək, öyrənəcək.
Düşünüb özüm-özümü aldadıram, aldanıram...
Aygün Kazımova & Namiq Qaraçuxurlu:
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
Hələ tezdir səni mən yerə də, göyə qısqanıram
Bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram
Hələ tezdir səni mən yerə də, göyə qısqanıram
Bəlkə mən düz eləmirəm ...




Aygün Kazımova - Aygün Kazımova, Vol. 1
Альбом Aygün Kazımova, Vol. 1
дата релиза
22-02-2008




Внимание! Не стесняйтесь оставлять отзывы.