Eldar Mansurov - Unuda Bilmirəm текст песни

Текст песни Unuda Bilmirəm - Eldar Mansurov




Ayrı saldım özüm səni
Yaraladı sözüm səni
Hey axtarır gözüm səni
Səni unuda bilmirəm
Yollar yalqız, küçə sənsiz
Gündüz qəmli, gecə sənsiz
Dözüm necə, necə sənsiz?
Səni unuda bilmirəm
Dözüm necə, necə sənsiz?
Səni unuda bilmirəm
Mən baharam, tər gülümsən
Ayım, günüm, hər ilimsən
Bir dənizəm, sahilimsən
Səni unuda bilmirəm
Dözüm necə, necə sənsiz?
Səni unuda bilmirəm
Dözüm necə, necə sənsiz?
Səni unuda bilmirəm
Gözümdə nəm, göydə bulud
Könlüm sənsiz inləyən ud
Aləm desə, onu unut
Səni unuda bilmirəm
Gəlib bir gün yanaş mənə
Hər dərdini danış mənə
Yad gəlir dost-tanış mənə
Səni unuda bilmirəm
Yad gəlir dost-tanış mənə
Səni unuda bilmirəm
Aylar, illər ötüşsə
Gənclik məndən gen düşsə
Saçlarıma dən düşsə
Səni unuda bilmirəm
Gənclik məndən gen düşsə
Səni unuda bilmirəm
Saçlarıma dən düşsə
Səni unuda bilmirəm
Səni unuda bilmirəm
Səni unuda bilmirəm



Авторы: Baba Vəziroğlu, Eldar Mansurov


Eldar Mansurov - Eldar Mansurovun Mahnları
Альбом Eldar Mansurovun Mahnları
дата релиза
15-02-2021




Внимание! Не стесняйтесь оставлять отзывы.
//}