Elmira Rəhimova - Sən Bir Nəğmə, Mən Bir Nəğmə текст песни

Текст песни Sən Bir Nəğmə, Mən Bir Nəğmə - Elmira Rəhimova



Nəğməlidir həmən çinar
Ay nurunda çimən çinar
Kölgəsində izimiz var
Nəğməsində səsimiz var
Nəğməlidir bulaq başı
Hər damlası - üzük qaşı
Saf aynadır təmiz sular
Orada qoşa şəklimiz var
Saf aynadır təmiz sular
Orada qoşa şəklimiz var
Bulaq susar, susar birdən
Nəğməsini kəsər çinar
Eşqimizdən küsər birdən
Küsər bulaq, küsər çinar
Çinar, bulaq gəl-gəl deyir
Ah, gözəl, gözəl deyir
Sən bir nəğmə, mən bir nəğmə
Hicran özü batsın qəmə
Sevdamıza nəğmə qoşaq
Sən bir nəğmə, mən bir nəğmə
Car eyləsin çinar, bulaq
Eşqimizi bu aləmə
Car eyləsin çinar, bulaq
Eşqimizi bu aləmə
Bulaq susar, susar birdən
Nəğməsini kəsər çinar
Eşqimizdən küsər birdən
Küsər bulaq, küsər çinar
Nəğməlidir bulaq başı
Hər damlası - üzük qaşı
Saf aynadır təmiz sular
Orada qoşa şəklimiz var
Saf aynadır təmiz sular
Orada qoşa şəklimiz var
Bulaq susar, susar birdən
Nəğməsini kəsər çinar
Eşqimizdən küsər birdən
Küsər bulaq, küsər çinar
Bulaq susar, susar birdən
Nəğməsini kəsər çinar
Eşqimizdən küsər birdən
Küsər bulaq, küsər çinar
Küsər bulaq, küsər çinar
Küsər bulaq, küsər çinar




Elmira Rəhimova - İfalar, Vol. 2
Альбом İfalar, Vol. 2
дата релиза
24-05-2023




Внимание! Не стесняйтесь оставлять отзывы.