Elnarə Xəlilova - Lətifəmiz текст песни

Текст песни Lətifəmiz - Elnarə Xəlilova



Lətifəmiz, sən hər zaman bizimlə olacaqsan
Sən həmişə qəlbimizdə yaşayacaqsan
Zərif, xoş, incə təbəssümün
Mülayim, sehrli hər sözün
Dünənkitək xatirimizdə qalacaq
Lətifəmiz, yerin o qədər çox görünür ki!
Yüz il keçsə, yaddaşlarda, bil, qalacaqsan
Ömrünü övladlara verdin, həyatını onlara həsr etdin
Heç zaman heç nəyini əsla əsirgəmədin
Umuram, indi sən ən yaxşı yerdəsən
Sanıram, əslində mavi göylərdəsən
Əminəm, çox rahat, sakit əllərdəsən
Sən həmişə, daim bizimləsən
Sevimli gəlinin sənə həsr edibdir bu əziz mahnını
Əlində olaydı nəyisə dəyişmək sənə görə kaş onu!
Özləməkdir tək çıxış yolu, sevilməyindir bu yolun sonu
Özünü sevdirə bildin, Lətifəmiz
Nəvələrin sənin üçün çox darıxırlar
Yaxınların, doğmaların sənsiz sıxılırlar
Özləməkdir həsrətin sonu, sevilməkdir həyatın yolu
Özünü sevdirə bildin, Lətifəmiz
Umuram, indi sən ən yaxşı yerdəsən
Sanıram, əslində mavi göylərdəsən
Əminəm, çox rahat, sakit əllərdəsən
Sən həmişə, daim bizimləsən
Umuram, indi sən ən yaxşı yerdəsən
Sanıram, əslində mavi göylərdəsən
Əminəm, çox rahat, sakit əllərdəsən
Sən həmişə, daim bizimləsən



Авторы: Elnarə Xəlilova


Elnarə Xəlilova - Lətifəmiz - Single
Альбом Lətifəmiz - Single
дата релиза
23-05-2022




Внимание! Не стесняйтесь оставлять отзывы.