Faiq Ağayev - Fani Dünya текст песни

Текст песни Fani Dünya - Faiq Ağayev




Əzəl gündən bu dünyada
Sevinc, kədər qoşa olar
Zaman atlı, biz - piyada
Çətin çatıb, ötən olar
Dünyanın gül bağçasında
Köksü al-qan laləsi var
Bahar ömrün xəzanında
Ərşə qalxan naləsi var!
Görən kimlər keçdi səndən
Canlar yola salan dünya?
Fanidən sən fanisən
Həqqi danan, yalan dünya!
Görən kimlər keçdi səndən
Canlar yola salan dünya?
Fanidən sən fanisən
Həqqi danan dünya!
Dinib bəmdə, gah da zildə
Quzutək mələdən sənsən
Sultan olsaq əgər göydə
Hökmünlə endirən sənsən
Kimə cənnət, kimə dövran
Kimiuə qəfəssən dünya
Huri mələyi, dişi aslan
Çarşablı iblissən, dünya!
Görən kimlər keçdi səndən
Canlar yola salan dünya?
Fanidən sən fanisən
Həqqi danan, yalan dünya!
Görən kimlər keçdi səndən
Canlar yola salan dünya?
Fanidən sən fanisən
Həqqıi danan dünya!
Ey, dünyadan beş əlli yapışan nadan
Bu şah qamətini zaman əyəcək
Dünya sənə qalmaz
Eləmə güman, büdrəyib yıxılsan
Hamı güləcək, hamı güləcək!
Görən kimlər keçdi səndən
Canlar yola salan dünya?
Fanidən sən fanisən
Həqqi danan, yalan dünya!
Görən kimlər keçdi səndən
Canlar yola salan dünya!
Fanidən sən fanisən
Həqqi danan dünya!



Авторы: Ilham Abdullayev, Səlim Həqqi



Внимание! Не стесняйтесь оставлять отзывы.