Flora Kərimova - Darıxmışam Sənin Üçün (feat. Nadir Qafarzadə) текст песни

Текст песни Darıxmışam Sənin Üçün (feat. Nadir Qafarzadə) - Flora Kərimova



Durnalarla uçub gəlim
Ayrılıqdan keçib gəlim
Birdəfəlik köçüb gəlim
Darıxmışam sənin üçün
Birdəfəlik köçüb gəlim
Darıxmışam sənin üçün
Sənsiz yaman kövrəlmişəm
Həsrət nədir, mən bilmişəm
Bir gördün, mən gəlmişəm
Darıxmışam sənin üçün
Bir gördün, mən gəlmişəm
Darıxmışam sənin üçün
Ay dolanır, il ötüşür
Sənsiz könül oda düşür
Sənli günlər yada düşür
Darıxmışam sənin üçün
Gəl, səhərim, gəl, gündüzüm
Qayıt yenə, canım, gözüm
Dönə-dönə deyim özüm
Darıxmışam sənin üçün
Sən gedəni gülməz oldum
Sevinc nədir, bilməz oldum
Niyə belə gəlməz oldun?
Darıxmışam sənin üçün
Niyə belə gəlməz oldun?
Darıxmışam sənin üçün
Ürəyimə dərd qalanıb
Gəl, ömrümü duman alıb
Sənsiz gözüm yolda qalıb
Darıxmışam sənin üçün
Sənsiz gözüm yolda qalıb
Darıxmışam sənin üçün
Ay dolanır, il ötüşür
Sənsiz könül oda düşür
Sənli günlər yada düşür
Darıxmışam sənin üçün
Gəl, səhərim, gəl, gündüzüm
Qayıt yenə, canım, gözüm
Dönə-dönə deyim özüm
Darıxmışam, darıxmışam sənin üçün
Ay dolanır, il ötüşür
Sənsiz könül oda düşür
Sənli günlər yada düşür
Darıxmışam sənin üçün
Gəl, səhərim, gəl, gündüzüm
Qayıt yenə, canım, gözüm
Dönə-dönə deyim özüm
Darıxmışam sənin üçün



Авторы: Baba Vəziroğlu, Imruzə Hüseynova


Внимание! Не стесняйтесь оставлять отзывы.