Gülyanaq Məmmədova - Qədim Gəncə текст песни

Текст песни Qədim Gəncə - Gülyanaq Məmmədova



(Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm)
(Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm)
Adınla bir doğulmusan
Tarix boyu var olmusan
Qaranlıqdan aydınlığa
Əsarətdən azadlığa
(Azadlığa)
"Gəncəm" deyib cəngə girdi
Əfrasiyab ulu tarda
Yağılara sinə gərdi
Sənin uğrunda Cavad xan
Çinarların baş-başadır
Göy Gölün bir tamaşadır
Keçmişini, bu gününü
Kəpəz vüqarla yaşadır
Çinarların baş-başadır
Göy Gölün bir tamaşadır
Keçmişini, bu gününü
Kəpəz vüqarla yaşadır
Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm
Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm
(Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm)
(Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm)
Günəş saçdı dünyamıza
Nizami öz Xəmsəsi ilə
Aşiqlərin ürək sözü
Dilə gəldi Məhsəti ilə
(Məhsəti ilə)
"Gəncəm" deyib cəngə girdi
Əfrasiyab ulu tarda
Yağılara sinə gərdi
Sənin uğrunda Cavad xan
Ömür yolu, şərəf yolu
Tariximin vüqarısan
Xalqımızın sevgi dolu
Bu günü, həm sabahısan
Doğma Gəncəm, gözəl diyar
Könüllərin baharısan
Dillərdədir Kəpəz, Qoşqar
Şan-şöhrəti, vüqarısan
Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm
Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm
Adınla bir doğulmusan
Tarix boyu var olmusan
Xalqımızın sevgi dolu
Bu günü, həm sabahısan
Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm
Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm



Авторы: Mahir Tahiroğlu


Gülyanaq Məmmədova - Qədim Gəncə
Альбом Qədim Gəncə
дата релиза
05-10-2021




Внимание! Не стесняйтесь оставлять отзывы.