Mübariz Tağıyev - Ana текст песни

Текст песни Ana - Mübariz Tağıyev



Bəxtimə bahar mənim
Alqışın saxlar məni
Sən baxsan gözlərimə
İşıqlar bulaq kimi
Qəlbimdə çağlar mənim
Ən şirin nəğməm ana
Ən şirin kəlməm ana
Məni dünya bilmisən
Mən güləndə gülmüsən
Kədər, qəm görmə, ana
Bu həyat gələr, gedər
Gah sevinc, gah da kədər
Ömürdən ömrə iz düşər
Ay ömrün Günü, Ayı
Bəs niyə sevgi payı
Bir sənin ömrünə az düşər?
Ay mənim anam
Qayğılar qatar-qatar
Sevinci qəmə çatar
Quş kimi uçar illər
Ən əziz adamlara
Əlimiz çətin çatar
Bu həyat gələr, gedər
Gah sevinc, gah da kədər
Ömürdən ömrə iz düşər
Ay ömrün Günü, Ayı
Bəs niyə sevgi payı
Bir sənin ömrünə az düşər?
Ay mənim anam
Bu həyat gələr, gedər
Gah sevinc, gah da kədər
Ömürdən ömrə iz düşər
Ay ömrün Günü, Ayı
Bəs niyə sevgi payı
Bir sənin ömrünə az düşər?
Ay mənim anam
Ay mənim əziz anam
Ay mənim əziz anam




Mübariz Tağıyev - İfalar, Vol. 1
Альбом İfalar, Vol. 1
дата релиза
28-11-2023




Внимание! Не стесняйтесь оставлять отзывы.