Текст песни Gecələr Bulaq Başı - Nadir Qafarzadə
Sakit axan gecələr bulaq nələr danışır?
Elə bil ki, nağıllar, əfsanələr danışır
Elə bil ki, nağıllar, əfsanələr danışır
Sirlərlə doludur
Gecələr bulaq başı
Onun zümzüməsidir
Gecələrin sirdaşı
Gecələrin sirdaşı
Sirlərlə doludur gecələr bulaq başı
Onun zümzüməsidir
Gecələrin sirdaşı
Gecələrin sirdaşı
Nə deyir laylasında pıçıltıyla axan su?
O, keçmişin naləsi, gələcəyin sirrini
O, keçmişin naləsi, gələcəyin sirrini
Bulaq nə deyir görən
Hey axdıqca şırhaşır?
Gündüz gördüklərini
Gecəyəmi danışır
Gecəyəmi danışır?
Bulaq nə deyir görən, hey axdıqca şırhaşır?
Gündüz gördüklərini
Gecəyəmi danışır
Gecəyəmi danışır?
Səpələnib toz kimi, şırıltıyla axan su
Neyçün pozur gecənin o dərin sükutunu?
Neyçün pozur gecənin o dərin sükutunu?
Bəzən aylı süd kimi
Bəzən qara gecələr
Həzin laylamı çalır
Yatanlara gecələr
Yatanlara gecələr?
Bəzən aylı süd kimi, bəzən qara gecələr
Həzin laylamı çalır
Yatanlara gecələr
Yatanlara gecələr?
Yatanlara gecələr
Yatanlara gecələr
Внимание! Не стесняйтесь оставлять отзывы.