Nadir Qafarzadə - Son Zəng - Məktəb Valsı текст песни

Текст песни Son Zəng - Məktəb Valsı - Nadir Qafarzadə



Həftənin beş günü, düz on bir il
Aldıq bu ocaqda orta təhsil
İlk məktəb, ilk sınaq, imtahanlar
Yaşadıq burada xoşbəxt anlar
İllər quş kimi qanad çaldı
O vaxtdan bu günə körpü saldı
Qayğısız uşaqlıq dövrü keçdi
Dostlarım hərəsi bir yol seçdi
Məhəbbət dünyada gül-çiçək, ah, bir çələng
Bəzənib hər tərəf gözəl, qəşəng
Ürəkdə arzular, hərəsi min bir rəng
Oxuyur bir vida nəğməsi bu son zəng
Hər fəslin, hər ömrün öz donu var
Vaxt gəlir, yol bitir, bir sonu var
Keçmişdən nur işıq qonaq gələr
Canlanar o şirin xatirələr
İlk sevgi, ilk görüş düşər yada
Yenə qəlbimi salar oda
Məktəbin yolları doğma, əziz
İndidən darıxır yəqin bizsiz
Məhəbbət dünyada gül-çiçək, ah, bir çələng
Bəzənib hər tərəf gözəl, qəşəng
Ürəkdə arzular, hərəsi min bir rəng
Oxuyur bir vida nəğməsi bu son zəng
Məhəbbət dünyada gül-çiçək, bir çələng
Bəzənib hər tərəf gözəl, qəşəng
Ürəkdə arzular, hərəsi min bir rəng
Oxuyur bir vida nəğməsi bu son zəng



Авторы: Ismayıl Dadaşov, Siruz Arasbəyli


Nadir Qafarzadə - İfalar, Vol. 3
Альбом İfalar, Vol. 3
дата релиза
01-03-2022




Внимание! Не стесняйтесь оставлять отзывы.