Namiq Qaracuxurlu feat. Aygün Kazımova - Sevdi Ürək текст песни

Текст песни Sevdi Ürək - Namiq Qaracuxurlu , Aygün Kazımova



Bu cür eşq odudur ki, bürüyübdür canımı
Özümü atəşə saldım sevib Aygün xanımı
O da sanki, aya bənzər, günə bənzər bir adam
Ona məncə vurular, aşiq olar hər bir adam
Səninlə ki, görüşmüşəm
Ah yaman dəyişmişəm
Mən bu eşqə düşmüşəm
Mən sevirəm
Səninlə ki, görüşmüşəm
Ah yaman dəyişmişəm
Mən bu eşqə düşmüşəm
Mən sevirəm, mən sevirəm
Məni sevsəndə yenə mən daha artıq yanıram
Sənə kim eşqini elan eləyir, qısqanıram
Öz əlin dəysə sənə, qısqanıram əllərini
Mənə qalsa deyərəm, tökmə üzə tellərini
günah sahibiyəm ki, axı az danla məni
Məni el sevsə də, yalnız səninəm anla məni
Hövsələdən çıxma belə
Qəlbini heç sıxma belə
Şübhə ilə baxma belə
Mən sevirəm
Hövsələdən çıxma belə
Qəlbini heç sıxma belə
Şübhə ilə baxma belə
Mən sevirəm, mən sevirəm
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə bütün dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə dünyanı
Nəcə isbat eləyərsən, mənə məhəbbətini
Eliyərsənmi, desəm tərk elə öz sənətini
O zamanda ürəyim rahat olar dincələrəm
Səni bu sevgi öz yarına sadiq bilərəm
Dərk elə öz söhbətini, gəl unut bu niyyətini
Sən sevirsən sənətini, mən sevirəm
Dərk elə öz söhbətini, gəl unut bu niyyətini
Sən sevirsən sənətini, mən sevirəm, mən sevirəm
Elədirsə qoşulaq bir-birinə ad eləyək
Sən oxu məndə deyim, bir təzə icad eləyək
Ola gerçək həyata keçə bu xülyamız
Həmi sənət yaşasın, həm bizim sevdamız
Var idi məndə çoxdan belə bir arzu, dilək
Yaradaq mahnı qoyaq biz adını "Sevdi Ürək"
Qoy eşitsin bütün cahan, bu doğrudur deyil yalan
Yarım məni sevir yaman, məndə sevirəm
Qoy eşitsin bütün cahan, bu doğrudur deyil yalan
Yarım məni sevir yaman, məndə sevirəm, mən sevirəm
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə bütün dünyanı
Səni elə sevdi ürək
Səni elə sevdi ürək
Gəzər eşqinlə dünyanı




Namiq Qaracuxurlu feat. Aygün Kazımova - Onu Bağışlamaq Olarmı
Альбом Onu Bağışlamaq Olarmı
дата релиза
01-01-2018



Внимание! Не стесняйтесь оставлять отзывы.