Okaber - Qocalmısan (feat. Qara Dərviş) текст песни

Текст песни Qocalmısan (feat. Qara Dərviş) - Okaber



Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim
Sən ki, gənc qalmışdın yaddaşımda, 17 yaşında
Mən qocalırdım, sən isə cavan idin xəyalımda
Uzun telli, bədənli, incə belli...
Soyuyub sən demə əllərin
Sən demə qocalıbmışsan sən
Şəhvətə gətirmir daha gözlərin
Qocalmısan, gözəlim
Qocalmısan...
Yaralardan axan qanı saxlamır məhrəba
Çox zəhərlidi süd, kəhrəba
Boz səhrada şeytanı yəhərləmək
İnsanı zəhərləmək kimi idi sənsizlik...
Tozlu akvarel, quaş, Rembrandt
Bir növ xrizantem, rododendron
Xatirələrə qərənfillər əkərdin
Hündürlükdən qorxmasaydın, çox çəkərdin
Mənə deməmişdin, amma yaz bunu
Sən əvvəllər ""az yağmuru""
Ölməyə tələsirdin, amma yubandın
Sular bulandığı gün ürək bulandı
Sən axı bütün arzuları devirdin
Sən axı tək yatmağı sevirdin
Heç kəsə demirdin, dərin dərdlərini
Gizlətdin, yatağı cırmaqlayan əllərini
Qırmızı dodaq, qırmızı filtr, tüstülər...
Bədən soyuqdan dona bilərmiş istidə
Tənhalıq, depressiya, vahimə, soyuq tər
Xatirələr, köhnə məktublar, bəd xəbər...
Alkoqol, narkotik, lirika, preparatlar
Radioda vals boston, qarışıq həyatlar
Qarışıq saçlar, geyim, qarışıq işlərin
pritona ayaq basan növbəti müştərin
Süni gülüşlərin, qısa öpüşlərin
Sənə pul qazandıran saatla görüşlərin
Hər gün görürəm səni qədər alçalmısan
Qırışıb əllərin sən demə qocalmısan!
(Mən dəhşətə gəlmişəm...)



Авторы: Hikmət Poladzadə, Orxan Mustafazadə


Okaber - Qocalmısan
Альбом Qocalmısan
дата релиза
14-11-2015




Внимание! Не стесняйтесь оставлять отзывы.