Okaber - Törə текст песни

Текст песни Törə - Okaber



Mən sənin varlığına o qədər alışmışam ki
Heç yoxluğunda bu qədər yanıb alışmamışdım
(Sənsiz) Saçlarına boğulub batıb elə qarışmışam ki
Heç bəni-adəm çürüyüb torpağa belə qarışmamışdı
Laxta qanların əvəzinə saxta qanlar
İllərin bəd xəbəri səbrimi dartıb geniş
sənə varmaq üçün başqa yollar axtaranda
Ozan Arif "başqa yol yox artıq" demiş
(Başqa yol yox artıq)
Sən əzbərimdəsən, mənim adım kimisən!
İlk baxışdan sevdiyim qadın kimisən!
Sən ölüm kimi, sən yaşam kimisən!
Əbədi xilaskar Nuru Paşam kimisən!
Düz eliyib ayırdıq düzü yüz eyibdən
Necə ki həmin dağlar ilham alır Üzeyirdən
Azan səsinə açılıb nəfəsi minarənin
Şahidi müharibənin, afərin, Xüdafərin
Mənim ruhum o dağlara qanadlanar
Mən xəzinəmə görə narahat Cavad xanam
Necə ki cana bəsrət taxt-tacına şah Qacarın
Axtarıb tapdıracaq, tapdayacaq, saplayacaq
(Dibinə kimi)
Gözəlliyinin aşiqiyəm, dünyaya səs salıram
Şəhriyarın "qasid"iyəm, Müşfiqin "rəssam"ıyam
Qafiyəm misri, sətrim ozan mizrabıdı
Yezidin dəstəmaz almağı belə, su israfıdı
Boz Qurd səni elə sevmişdi, Tatar qızı
Heç Timuçin Börtəni belə sevməmişdi
Perronda qarşıladıq birinci qatarımızı
(Növbəti stansiya Xankəndi)
Yəni ev demişdik




Okaber - Törə - Single
Альбом Törə - Single
дата релиза
13-04-2021

1 Törə


Еще альбомы
Исполнитель Okaber, альбом November
2020
Исполнитель Okaber, альбом Mozalan
2020
Исполнитель Okaber, альбом XXXLLL
2020
Исполнитель Okaber, альбом Spaethe
2020
Исполнитель Okaber, альбом Milad
2020
Исполнитель Okaber, альбом Ov Zamanı
2018
все альбомы


Внимание! Не стесняйтесь оставлять отзывы.