Okaber - Şeytan текст песни

Текст песни Şeytan - Okaber



Yoxluğumu tapıb çıxarmağı gəl, əyindən başla
Bütün bədənim ölə bilər mənim tək beynimnən başqa
Gəl danışım sənə insultdan, içkilərdən, nevrozumdan
Demə ki, əsl şairlər ölüb qaraciyər serrozundan
Şeytan çartlayan məqbərələr, dağılan sərdabələrdi
Sirli ahid sandığı uğrunda gəbərən sərkərdələrdi
Saxta övliyaların hədislərinin xurafatları,
Cahillik, avamlıq, "Danabaş kəndinin əhvalatları"
Ya da ki, körpənin dünyaya necə gəldiyini bilməsidi
İfritələrin xəyanəti, fahişə qadının hiyləsidi
Süni xrizantem göz yaşına qucaq göstərər,
Yumru dünyanı bəşər övladına üçbucaq göstərər
Arzuların rekviemi qələm, kağız, təknə, dəniz
Bozqurdun yaşamağının Turan olduğu tək nədəni
Şirin kaprizləri tuşlanıb qəlbimə silah kimi
Dilimnən düşmür möminin dilindən "Bismillah" kimi
Mənim sevgim qibləgah, Tac Mahal, Ayasofyadı
Mənim sevgim sevgidən müqəddəsdir, paranoyadır
O qədər pak safdı həsəd aparar iblislər
İnsanları reallıqlar yaşadırsa, məni hislər
Bəs onda kim gizlər nəmli gözləri pəncələrimdən?
Sən danış "bəlkə"lərindən, mən danışım "məncə"lərimdən
Həqiqətin bəlasından danış göstər xətasını,
Şeytan gəldi hər kəs gözləyirdi "Xaç Atası"nı



Авторы: Orxan Həsənov, Orxan Mustafazadə


Okaber - Şeytan
Альбом Şeytan
дата релиза
13-05-2015




Внимание! Не стесняйтесь оставлять отзывы.