Orkhan Zeynalli feat. Miri Yusif - Karusel текст песни

Текст песни Karusel - Orkhan Zeynalli , Miri Yusif



Mənim sevgilim,
Sən hamıdan gözəlsən.
Cənnəti təsvir etsəm,
çəkərdim sənin rəsmini.
Səhifələr tükəndikcə sanki bitir hər şey.
Mən kitab olsaydım,
Adım olardı sənin səhvin.
Çox vaxt musiqi nəsə demək istəyir, sen anlamırsan.
Mən mahnı olsaydım,
Susub səni dinləyərdim.
əzab ver,
Qorxma,
Sevgidən ölmür heç kim.
Mən ürək olsaydım,
Səni çöldən bağlayardım
Mənim sevgilim,
Sən hamıdan gözəlsən
Sənə mən gül verdim,
Sənsə sevdin tikanların
Uçmaq istəsən,
Göyə çıxmaq lazım deyil.
Qəlbim sənin səman,
Sevgimsə qanadların.
Dünyaya baxıram hərdən,
O bəzən bizə oxşayır
Mən dünya olsaydım,
Fırlanardım başqa səmtə
Sənin əksini sevdim,
ürəyini tapa bilmədim
Ürəyin olsaydım,
Yəqin ki gizlənərdim mən
Dairəni sevmirəm,
çünki küncə qısılmaq olmur.
Küsəndə külək kimisən,
Sənə toxunmaq olmur
Sən hər dəfə əsdikcə yanaqdan axır sel
Dünya fırlandıqca fırlanır bizim karusel
Üzündəki xal - ürəyimdədi xal
Gündüzlər getmə, get
Gecələr qalma, qal
Yadına bir sal
Marsel, fırlanır karusel.
Üzündəki xal - ürəyimdədi xal
Gündüzlər getmə, get
Gecələr qalma, qal
Yadına bir sal
Marsel, fırlanır karusel.
Mənim sevgilim,
Sən hamıdan gözəlsən
Sən mənim hər şeyimsən,
Qalsaydın, doymazdım
Cənnətdə görüşməkçün
Gərək əbədi sevəsən.
Mən cənnət olsaydım,
Bu qədər şərt qoymazdım.
Dünyanı gözəl göstərməkçün hərdən uydurursan
Mən yalan olmuşdum,
Səni onda mələk etmişdim
Sənə tərəf hər addım atdıqca təzyiq azalır
İtmiş şəhər olsaydın,
Ora çoxdan getmişdim
Sevməkçün hər şey var,
Bu dünya əliaçıqdır
Qaça bilmədiyin dərddən zövq al,
Ya da barış
Xəstəlik olsaydım,
Olardım yaddaşsızlıq
Ki, unudaq olanları,
Yenidən olaq tanış
Mənim sevgilim,
Sən bu gün çox gözəlsən
Mən həyat olsaydım,
Bu qədər şirin olmazdım.
Sənin eşitməyinçün demirəm mən bu sözləri
Mən sevgi olsaydım,
Sözlərdən yıxılmazdım.
Yuxuna gəlsəm də,
Tez oyadacam ki, tez gedim.
Qoy mən damcı gözündən axandan daha tez gedim
Sən ağladıqca həyat yollarımdan axır sel
Dünya fırlandıqca fırlaır bizim karusel
Üzündəki xal - ürəyimdədi xal
Gündüzlər getmə, get
Gecələr qalma, qal
Yadına bir sal
Marsel, fırlanır karusel
Üzündəki xal - ürəyimdədi xal
Gündüzlər getmə, get
Gecələr qalma, qal
Yadına bir sal
Marsel, fırlanır karusel.
Üzündəki xal
ürəyimdədi xal
Gündüzlər getmə, get
Gecələr qalma, qal
Yadına bir sal
Marsel, fırlanır karusel.
Üzündəki xal - ürəyimdədi xal
Gündüzlər getmə, get
Gecələr qalma, qal
Yadına bir sal
Marsel, fırlanır karusel.



Авторы: Regina Klimentevna Lisits, Igor Aleksandrovich Eskov


Orkhan Zeynalli feat. Miri Yusif - Singles (2009-2015)
Альбом Singles (2009-2015)
дата релиза
01-12-2014



Внимание! Не стесняйтесь оставлять отзывы.