RG - Suallar текст песни

Текст песни Suallar - RG



Hər evdə ayrı əhvalat var
İnsan var kin saxlar
əhval artar
Kimsə "vabank" gedir
Vermir kart əl
Bil sən: tamah qəti sevmir kartel
Heç kim dinmir
Dedim, gecdi bəlkə?
Batır birgə ölkə
Seks, narkotik dövrüdür
Bakı altı çürük, üstü zərlidir
Görürəm hələ gözdə
Qırmızı pərdə var!
Qara qızıl? Qara qızın dərdidir
Qalx zirvəyə düzmədən cəsəddən nərdivan
Arzum 4 dost, dörd divar
Dollar, avro, manat ya dinar
Dörd təkər, dörd nökər
Tək qaş daş, min cild cüt tuman
RG-nin elədiyi söhbətə bax
Kişilərin indi qeybəti var
Ət, qənd, çörək, yazılan töhməti var
Bərkdən gülək, qəm kasıba fərdidir
Xanım var mininə dəyən qeyrəti
Göz dolduran (ala) qaməti var
Ucuzdur bir şey varsa qiyməti
Məgər hər kəs yaşayır necə sərf edir
Nədir bu maraq, qəti olaraq
Necə ya neçə gəlir gəlir saatda
Nədir bu tamah qumara?
Playboy avara, instaya qoyulan salatlar?
Nədi trend? Bas share-i çox fanatlar
Bu brend luxury-yə can atmaq?
Güzgüyə baxan yox, bəlkə günahkar selfie-dir?
Tanrım, qınama gəl bu səfər istisna olsun
Bəndən çox çəkir ki, dərdi tüstüsündə boğsun
Özlərəm, şəhzadəm istərəm yanımda olsun
Külək ətrini yaysın
Külək saçını yolsun
Gülüm verdiyim güllər imkan vermə solsun
Bir gün əriyər aradakı səbəbsiz son buz
Ana, olar duaların üstümdə olsun
Ağlımda suallar var
Cavabsız sonsuz
Bu sətirlərin ünvanı sürgün
Qobustanı ya Sibiridir
De ki, haqq axtarır kimsə soruşsa
Bu avamı haranın səfilidir?
Hər inanca hörmət et, peyğəmbərlər yaradının səfiridir
Sual, dua tanrıyaysa, fərqi bəndə oxuyur ərəbcə ya ivriti?
Fərqinə var, ruhun pinti
Millət bil ki
Danışır min dil
Bizlə min bir gecə him-cim, qızlar, intim
Onlar tərbiyə verəcək
Övladına indi, evlidir
Bir qoynuna girən dost ilan çıxar
Sivri dil!
sandığı, tök pambığı bil
Düşdüyün nəyin zibilidir!
İfritələrin xətrinə dəymək olmaz, oğul
Onlar kinlidir
Bu oyundan da uzaq dur sonra
Demədi demə kim dedi
Düzünü yazmaq adamı qocaldır
Həqiqət çərlədir
Bizlə başlayanların yarsı torpaq altında
Yarsı da içəridədir
Bilirsən bəlkə bu yaşananlar
Kiminsə zikri, fikridir
Nəyik bilinmir, yox iz elimdə
Gizlədirlər nəylə hibritik
qədər sirlidirsə dünya
Bir o qədər kirlidir
Günah barıtdır
Şeytan çıxacaq, çaxacaq kibriti
Tanrım, qınama gəl bu səfər istisna olsun
Bəndən çox çəkir ki, dərdi tüstüsündə boğsun
Özlərəm, şəhzadəm istərəm yanımda olsun
Külək ətrini yaysın
Külək saçını yolsun
Gülüm verdiyim güllər imkan vermə solsun
Bir gün əriyər aradakı səbəbsiz son buz
Ana, olar duaların üstümdə olsun
Ağlımda suallar var
Cavabsız sonsuz



Авторы: Anar Niftaliyev


RG - Suallar
Альбом Suallar
дата релиза
26-01-2019




Внимание! Не стесняйтесь оставлять отзывы.