Röya feat. Xose - Gel Danış текст песни

Текст песни Gel Danış - Roya , Xose



Yuxularını o danışır suya
Mənim üçün yenə sino gedir guya
Yuxularını o danışır suya
Mənim üçün yenə sino gedir guya
Hər səhifəsini əzbərləyib oxudum
Səni sevdiyim kitab kimi
Günahlar içində səni sevdim
Amma yazıldı əməlim savab kimi
Səni ətirli güllər içində seçdim
Zövqümə paxıllıg edən çox oldu
Bağban olan tək bir gülü sevdim
Başqa güllərimin hamısı soldu
Od kimiyəm küzərirəm
Yol kimi mən gözləyirəm
Sən kəsilən son nəfəsimin səsi
(Nəqərat)
Gel danış sevgidən bu gecə
Gel danış duyğudan
Gecələr hisslərim darıxır
Sevgilim, gəl danış, gəl danış
Sevgimə verdirib ömürlük həbs sən
Ürəyimi etdin müsadirə
Cəzamı çəkincə itəcək nəfs
Bitəcək sevgidə müharibə
Ən maraqlı keçən dövrü ömrümün
Sənsən səbəbi sevgi ömrümün
Təksən cavanlar şahzadəsi
Bərkdir yalanda yananlar səsi
Yad kimiyəm darıxıam
Sən gələn yola baxıram
Bil deməyə çox sözüm qalıb sənə
(Nəqərat)
Gel danış sevgidən bu gecə
Gel danış duyğudan
Gecələr hisslərim darıxır
Sevgilim, gəl danış, gəl danış
Oxşatdım səni ən pis vərdişə
Təşvişə düşüb əl çəkə bilmədim
Sevgim naminə çox şeyə susdum
Etdiyin bir səhvə göz yuma bilmədim
Hamıyla düşmən səninlə dost idim
Dilimdən düşən hər xoş söz idin
Ürəyimi incidən ağrı da sənsən
Sevgimin əvvəli axırı da sənsən
Axı dinə bilmirəm
Niyə deyə bilmirəm
Səninle üzbəüz gələn zaman
Astaca qulağıma yenə de
(Nəqərat)
Gel danış sevgidən bu gecə
Gel danış duyğudan
Gecələr hisslərim darıxır
Sevgilim, gəl danış, gəl danış
Etdiyim hər pis əməll qabağıma çıxdı
Elaləmlərə inam evimi yıxdı,, ürəyimi sıxdı
Sevgimin cüməsii, yeddisi, qırxı çıxdı




Röya feat. Xose - Feat.
Альбом Feat.
дата релиза
05-12-2018



Внимание! Не стесняйтесь оставлять отзывы.