Vasif Məhərrəmli - Sevgi Qanunu текст песни

Текст песни Sevgi Qanunu - Vasif Məhərrəmli




Sənin üçün qəlbini yara edən mən
Öz cavan bəxtini qara edən mən
Nazından şam kimi sönən mənəm
Yanan da, yaman da, yalan da mənəm
Mən sənsiz sevgisiz, çarəsiz
Tənhayam
Mən sənsiz kölgəsiz, bir susuz
Səhrayam
Təkcə mən deyiləm həsrətində qalan
Dünya, doğrudan da, yalanmış, yalan
sən son Leylisən, mən son Məcnun
Bu dünya yerində belədir qanun
Kərəmtək yansam da, qədir bilməzsən
Sən, sevgi, məhəbbət nədir, bilməzsən
Bilməzsən, bilməyən çoxdur dünyada
Dərdindən öləni salmazsan yada
Mən sənsiz, sevgisiz, çarəsiz
Tənhayam
Mən sənsiz kölgəsiz, bir susuz
Səhrayam
Təkcə mən deyiləm həsrətində qalan
Dünya, doğrudan da, yalanmış, yalan
sən son Leylisən, mən son Məcnun
Bu dünya yerində belədir qanun
Təkcə mən deyiləm həsrətində qalan
Dünya, doğrudan da, yalanmış, yalan
sən son Leylisən, mən son Məcnun
Bu dünya yerində belədir qanun



Авторы: Aydın Arslan, Tunar Zeynalov


Внимание! Не стесняйтесь оставлять отзывы.