Vasif Məhərrəmli - Sənsizlik текст песни

Текст песни Sənsizlik - Vasif Məhərrəmli



Ümidim, diləyim bircə budur
Təkcə budur, yenə sən mənim olasan
Açıram, deyirəm, əllərimi
Tez dönəsən mənə sən, mənim olasan
Ah gecəm vardır, səhərim
Mən düşəli bu acı sevdaya
Sevirəm, sevirəm təkcə səni
Bir gələr olsam dünyaya
Daha yoxdur aman, keçmir zaman
Ölümdən yaman sənsizlik
Yox səbrim, yox daha, inan o Allaha
Mənə gəldi baha sənsizlik
Bezmişəm daha yalnızlıqdan
Gəl, gülüm, gülüm, gəl
Sonra qorxuram ki, gec olsun
İndi, sevgilim, gəl
Bezmişəm daha yalnızlıqdan
Gəl, gülüm, gülüm, gəl
Sonra qorxuram ki, gec olsun
İndi, sevgilim, gəl
Məni tənhalıq çox üşüdür
Donmuş əlim qalmış ətəyimdə
Yenə qış gecəsi, zülmət otaq
Bir özüməm, bir sən ürəyimdə
Yanıram, yanıram, sızlayıram
Körpə uşaq kimi mən ağlayıram
Baxıram, deyirəm: "Bəlkə gələ"
Pəncərəmi açıb-bağlayıram
Daha yoxdur aman, keçmir zaman
Ölümdən yaman sənsizlik
Yox səbrim, yox daha, inan o Allaha
Mənə gəldi baha sənsizlik
Bezmişəm daha yalnızlıqdan
Gəl, gülüm, gülüm, gəl
Sonra qorxuram ki, gec olsun
İndi, sevgilim, gəl
Bezmişəm daha yalnızlıqdan
Gəl, gülüm, gülüm, gəl
Sonra qorxuram ki, gec olsun
İndi, sevgilim, gəl
Bezmişəm daha yalnızlıqdan
Gəl, gülüm, gülüm, gəl
Sonra qorxuram, çox gec olar
İndi gəl, sevgilim, indi gəl
İndi gəl, indi gəl



Авторы: Oqtay Kamil, Tunar Zeynalov


Внимание! Не стесняйтесь оставлять отзывы.