Xpert - CAPUNA текст песни

Текст песни CAPUNA - XPert



BUNT! BUNT!
Caraca Capuna
BUNT!
Caraca Capuna
BUNT! BUNT!
Caraca Capuna
BUNT!
Caraca Capuna
Çöllərdə canavar kölgəli çaqqallar hərşeydən narazı qaldırıb bunt
Bosslarının adı Caraca Capuna - atası caqqal olub, anası qurd
Bir vaxtlar sürüsü acından öləndə ata oğurladı şirlərdən bud
Onlardan qaçmağa çatmadı sürəti, meşədə tutdular...
Çöllərdə canavar kölgəli çaqqallar hərşeydən narazı qaldırıb bunt
Bosslarının adı Caraca Capuna desə baş üstünə, Caraca kult
Topladı yüz min caqqal, bacar sağ qal, atəşi tapdı barut
Ağına-bozuna baxmadan tutduğun parçala ud! qaçanı tut!
Əvvəl bir dovşan keçdi cənginə
Xəbərlədi ki, hardadı şirlər
Üzdülər boğazın atdılar kənara
çaqqallar çoxmu fikirləşirlər
Yox ha, ulaşırlar
Dərə-təpə keçib yol aşırlar
Təbiət qanununu sindirib
Önünə çıxan hər canlıyla savaşırlar
İntiqam alovu bürüyüb gözünü
O yarı caqqal, yarı canavar
Heyvanlar qovublar sürüsün
Meşədən kənarda bezdirib xarabalar
Yolüstü diddilər kalan qaban
Doymadan içəcək Capuna qan
Axşam girdilər köhnə kəndə
Yarı qurd əmr elədi
MƏNƏ TAPIN ADAM!
Ey, ləzətli ət
Ey, təzə söhbət
Ac çaqqal ordusu qoymadı yolunun üstündə salamat qəsəbə kənd
Yollarını kəsə bilmədi hətta əlində balta, tüfəngli meşəbəyi
Capuna uladı
Az qalıb, qoxladı havada şirlərin işəməyin
Buralar qorxulu
Unudub atlar kişnəməyi
Antilop döş əmməyi
Yarı canavarın gözündə canlandı
Şirlərin ətini göyşəməyi
Çatdılar ora ki
Şirlər xəbər tutub çaqqalların gəlməyindən
Hamısı düzülüb gözləyirlər
Gərək bilərdi dovşanın gülməyindən
Qabaqda ən yaşlı şir kükrədi
Arxada bir neçə cavan bəbir
Capuna keçdi önə qışqırdı
Tez ol mənə atamın qatilini gətir!
Bir neçə saniyə sükut...
Şirlərin arxasında qəribə nərilti
Bütün aslan ordusu çəkildi
Çaqqallar gərildi
King gəlirdi
Qaranlıqda parladı iki qırmızı göz
Ləpirindən qalxır toz
Capuna həyəcan içində gözləyir kinindən alacaq doz
Yarı çaqqal topladı gücünü
Atdı özünü king′in təpəsinə
Yerdə qalan pələnglər şirlər
Məruz qaldı quduz köpəklər ləpəsinə
Caraca Capuna
Caraca Capuna
BUNT! BUNT!
Caraca Capuna
BUNT!
Caraca Capuna
BUNT!
Caraca Capuna
BUNT!
Caraca Capuna
BUNT! BUNT!
Caraca Capuna
BUNT!
Caraca Capuna



Авторы: Shahriyar Atababayev


Xpert - 7EDDİ
Альбом 7EDDİ
дата релиза
01-05-2021

1 GZLN
2 MNML
3 COSMO
4 CAPUNA




Внимание! Не стесняйтесь оставлять отзывы.