Zülfiyyə Xanbabayeva - Melancholia текст песни

Текст песни Melancholia - Zülfiyyə Xanbabayeva



Bir həyatım var mənim, o da borca
Ölü arzularla tam dolu boxçam
Danışacam öz əhvalatımı yığcam
Məncə alınacaq, məncə bacaracam!
Çoxdandır bir nəfərin ömründən itmişəm
Amma yenə məni axtarır o, eşitmişəm
Şəkillərin hamısını silmişəm
Kövrəlməyi, ağlamağı tərgitmişəm
Bir gün görüşə bilərik, ""Bakı"" balacadır
Binaları insanlarından ucadır
İndi bu şəhərdə sən adi sakin
Sənə qarşı sevgim qalıb, kin
Bu mahnını söz verdim ki, sənə yazacam
Səbr edəcəm sən qulaq asanacan
Sədaları bir gün onun səni tapacaq
Səmalara mən həmişəlik uçanacan
Söz verdim ki, sənə yazacam
Səbr edəcəm sən qulaq asanacan
Sədaları bir gün onun səni tapacaq
Səmalara mən həmişəlik uçanacan
Mənim ilham pərimdir gecə şəhərin sakit olmağı
Şəxsən onun mənə mənim ona aid olmağım
Mən bu şəhərin adını ""köhnə dost"" qoydum
Nələri gördüm, duydum, nələrə şahid olmadım
Eh!
Hər mühitə dair olmadım
İçi boş adamların ürəylərinə daxil olmadım
Mən nail olmadım təsvirlərimdəki o sevgiyə
Bir Allahdan çəkindim, bir karmadan
Dərinə varmadan...
Ümidləri gümanıma qatacam
Doğruları yalanıma satacam
Bu axına qarşı tək üzəcəm
Sevənlərin limanına çatacam
Bir gün görüşə bilərik, ""Bakı"" balacadır
Binaları insanlarından ucadır
İndi bu şəhərdə sən adi sakin
Sənə qarşı sevgim qalıb, kin
Bu mahnını söz verdim ki, sənə yazacam
Səbr edəcəm sən qulaq asanacan
Sədaları bir gün onun səni tapacaq
Səmalara mən həmişəlik uçanacan
Söz verdim ki, sənə yazacam
Səbr edəcəm sən qulaq asanacan
Sədaları bir gün onun səni tapacaq
Səmalara mən həmişəlik uçanacan
Səmalara mən həmişəlik uçanacan
Həmişəlik uçanacan
Həmişəlik uçanacan
Səmalara uçanacan



Авторы: Mc Murad


Zülfiyyə Xanbabayeva - Melancholia
Альбом Melancholia
дата релиза
20-06-2017




Внимание! Не стесняйтесь оставлять отзывы.