Ədalət Şükürov - Qırmızı Yaylıq текст песни

Текст песни Qırmızı Yaylıq - Ədalət Şükürov



Üçüncü sinifdə oxuyurdum
Dərsləri azacıq bilirdim
Anamın qırmızı yaylığını
Gizlincə mən sənə gətirdim
Anamın o qırmızı yaylığı
Sənin tellərini bəzədi
Bilmirəm anam onu bildimi?
Amma mənə bir söz demədi
Qırmızı, qırmızı, qırmızı yaylığı
Gəlib sənə hədiyyə etdim
Bu qırmızı, qırmızı, qırmızı yaylığı
Bir gün evdən götürüb getdin
Qırmızı, qırmızı, qırmızı yaylıqdır
O günlərdən xatirə qaldı
Qırmızı, qırmızı, qırmızı yaylıqdır
Bəlkə məni yadına saldı?
İndi mən səndən ayrı qalsam da
Bilmirəm, kiminlə haradasan?
Qırmızı yaylıqlı qız görəndə
O an səni yada salıram
Kaş məktəb illəri bitməyəydi!
Görəydim səni mən hər səhər
Ürəyim səni heç unutmayır
Aradan keçsə çox illər
Qırmızı, qırmızı, qırmızı yaylığı
Gəlib sənə hədiyyə etdim
Bu qırmızı, qırmızı, qırmızı yaylığı
Bir gün evdən götürüb getdin
Qırmızı, qırmızı, qırmızı yaylıqdır
O günlərdən xatirə qaldı
Qırmızı, qırmızı, qırmızı yaylıqdır
Bəlkə məni yadına saldın?
Ay ana, indi oğlun böyüyüb
Daha evdən yaylığın itməz
Bu gün keçmişə döndüm bir anlıq
O şirin xatirələr bitməz
Bir vaxt evdən yaylıq apardım mən
O yaylığın qayıtmaz geri
İndi hədiyyəni qəbul elə
Bu da o yaylıqlardan biri
Qırmızı, qırmızı, qırmızı yaylığı
Gəlib sənə hədiyyə etdim
Bu qırmızı, qırmızı, qırmızı yaylığı
Bir gün evdən götürüb getdin
Qırmızı, qırmızı, qırmızı yaylıqdır
O günlərdən xatirə qaldı
Qırmızı, qırmızı, qırmızı yaylıqdır
Bəlkə məni yadına saldın?
Bəlkə məni yadına saldın?
Bəlkə məni yadına saldın?



Авторы: ədalət şükürov


Ədalət Şükürov - İtirdim
Альбом İtirdim
дата релиза
15-09-2005




Внимание! Не стесняйтесь оставлять отзывы.