Sövkət Ələkbərova - Gələrəm текст песни

Текст песни Gələrəm - Sövkət Ələkbərova



Mən səni görməyə kəndə canana
Bahar xoş ətrini saçanda gəlləm
Təzə bar düşəndə bağa-bostana
Lalələr, nərgizlər açanda gəlləm
Süzülsün çaylara
Dağların qarı
Gözəldir seyr etmək
Coşan suları
Çiçəkdən kəpənək
Pətəkdən arı
Qalxıb güldən-gülə
Uçanda gəlləm
Bürünsün dağların döşü zanbağa
Sürülər baş alıb yönəlsin dağa
Çobanlar baxmayıb şaxta-sazağa
Bu yurddan o yurda köçəndə gəlləm
Süzülsün çaylara
Dağların qarı
Gözəldir seyr etmək
Coşan suları
Çiçəkdən kəpənək
Pətəkdən arı
Qalxıb güldən-gülə
Uçanda gəlləm
Yolumu kəsməyib çovğun, qar
Kəsibdir dil açan, dinən arzular
Önündə imtahan, qüssəli dağlar
Qalxıb zirvəsindən aşanda gəlləm
Süzülsün çaylara
Dağların qarı
Gözəldir seyr etmək
Coşan suları
Çiçəkdən kəpənək
Pətəkdən arı
Qalxıb güldən-gülə
Uçanda gəlləm



Авторы: şövkət ələkbərova


Sövkət Ələkbərova - İfalar, Vol. 2
Альбом İfalar, Vol. 2
дата релиза
13-05-2022




Внимание! Не стесняйтесь оставлять отзывы.