Sövkət Ələkbərova - Sevdiyim Qız текст песни

Текст песни Sevdiyim Qız - Sövkət Ələkbərova



Hələ quşlar uçmamışdı budaqdan
Günəş girdi otağıma, səpdi nur
Gülə-gülə dedi mənə, yatma, dur
Sevdiyin qız oyanmışdır bayaqdan
Gülə-gülə dedi mənə, yatma, dur
Sevdiyin qız oyanmışdır bayaqdan
Yol uzunu sərin yeli səhərin
Toxundurdu nəfəsini üzümə
Sevdiyim qız görünmədi gözümə
Geniş, qaynar qucağında şəhərin
Sevdiyim qız görünmədi gözümə
Geniş, qaynar qucağında şəhərin
Mən zavodun həyətinə gələndə
Elə bildim, səhər təzə açıldı
Üstümüzə al şəfəqlər saçıldı
Sevdiyim qız mənə baxıb güləndə
Üstümüzə al şəfəqlər saçıldı
Sevdiyim qız mənə baxıb güləndə
Güləndə, güləndə



Авторы: Teymur Elçin, Tofiq Quliyev


Sövkət Ələkbərova - İfalar, Vol. 2
Альбом İfalar, Vol. 2
дата релиза
13-05-2022




Внимание! Не стесняйтесь оставлять отзывы.