Sövkət Ələkbərova - Toxunma Qız Ürəyinə текст песни

Текст песни Toxunma Qız Ürəyinə - Sövkət Ələkbərova



Toxunma qız ürəyinə
Tez kövrəlib sına bilər
Bəzən soyuq bir baxışdan
Qız ürəyi dona bilər
Qız ürəyi quş yuvası
Əl vursan, quşlar hürküşər
Pozular göydə sırası
Durnalar da ayrı düşər
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar
Toxunma qız ürəyinə
Eşidər qızlar, inciyər
Yerdə bulaqlar inciyər
Göydə ulduzlar inciyər
Küsdürmə qız ürəyini
Küsər səndən öz ürəyin
Günahından, taqsırından
Heç zaman keçməz ürəyin
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar



Авторы: Famil Mehdiyev, Oqtay Rəcəbov


Sövkət Ələkbərova - İfalar, Vol. 2
Альбом İfalar, Vol. 2
дата релиза
13-05-2022




Внимание! Не стесняйтесь оставлять отзывы.