Elnur Məmmədov - Səndən Başqa Songtexte

Songtexte Səndən Başqa - Elnur Məmmədov




Sən qismətim, mənim taleyim
Dünyada mənim, mənim hər şeyim
Daha sənə, sənə nə deyim?
De, kimim var ki, söylə, səndən başqa?
Sən vüqarım, bəxtim, taxt-tacım
Dərdimə dərmanım, çarəm, əlacım
Gedim kimə, axı kimə əl açım?
De, kimim var ki, söylə, səndən başqa?
Səninlə bir döyünür, vurur bu ürək
Kaş sənə qıymasın, qıymasın bu fələk
Gəl atma məni oda, məni oda
Satma dosta, sən yada, dosta-yada
Yalqızam bu dünyada, bu dünyada
Hərdən məni sən sal yada, bir sal yada
Dizimə baş qoyanım, ağlayanım
Dar günündə mənə bel bağlayanım
Dar günündə mənə bel bağlayanım
Sənsən qolum, qolum, qanadım
Hər yerdə səni, səni sınadım
Ömrüm, günüm, günüm, həyatım
De, kimim var ki, söylə, səndən başqa?
Sən dalğalı dəryam, dənizim
Dilimdəki adın ən şirin sözüm
Canım, gözüm, doğmam, əzizim
De, kimim var ki, söylə, səndən başqa?
Səninlə bir döyünür, vurur bu ürək
Kaş sənə qıymasın, qıymasın bu fələk
Gəl atma məni oda, məni oda
Satma dosta, sən yada, dosta-yada
Yalqızam bu dünyada, bu dünyada
Hərdən məni sən sal yada, bir sal yada
Dizimə baş qoyanım, ağlayanım
Dar günündə mənə bel bağlayanım
Dar günündə mənə bel bağlayanım
Dar günündə mənə bel bağlayanım
Dar günündə mənə bel bağlayanım



Autor(en): Baba Vəziroğlu, Kamal Kamal


Elnur Məmmədov - Sən Elə Bir Zirvəsən
Album Sən Elə Bir Zirvəsən
Veröffentlichungsdatum
29-08-2014




Attention! Feel free to leave feedback.