Songtexte Nar Ağacı - Elnur Məmmədov
Yenə qumlu sahil, yenə sərin bağ
Yenə kölgə düşüb meynəliklərə
Orada sevgilimlə neçə il qabaq
Bir nar çubuğunu basdırdım yerə
Orada sevgilimlə neçə il qabaq
Bir nar çubuğunu basdırdım yerə
Nar ağacı, nar çiçəyi
Bir ulduzdur, yar, ləçəyi
Nar ağacı, nar çiçəyi
Bir ulduzdur, yar, ləçəyi
Ay, nar ağacı, nar çiçəyi
Bir ulduzdur, yar, ləçəyi
Ay, nar ağacı, nar çiçəyi
Bir ulduzdur, yar, ləçəyi
Seyr etdim o bağın tanış yerlərin
Orada bir çiçək var, hanı çiçəklər?
Onun qızıl rəngli ləçəklərini
Ya illər tökübdür, ya da küləklər
Onun qızıl rəngli ləçəklərini
Ya illər tökübdür, ya da küləklər
Ay, nar ağacı, nar çiçəyi
Bir ulduzdur, yar, ləçəyi
Nar ağacı, nar çiçəyi
Görüb boran, qar ləçəyi
Ay, nar ağacı, nar çiçəyi
Bir ulduzdur, yar, ləçəyi
Nar ağacı, nar çiçəyi
Görüb boran, qar ləçəyi
Baxıram, qəlbimdə arzu oyanır
Burada xəyallarım uçur quş kimi
Sanki Ay buluddan baxır, boylanır
Bu solan çiçəyə ilk eşqim kimi
Sanki Ay buluddan baxır, boylanır
Bu solan çiçəyə ilk eşqim kimi
Nar ağacı, nar çiçəyi
Bir ulduzdur, yar, ləçəyi
Nar ağacı, nar çiçəyi
Bir ulduzdur, yar, ləçəyi
Ay, nar ağacı, nar çiçəyi
Bir ulduzdur, yar, ləçəyi
Nar ağacı, nar çiçəyi
Görüb boran, qar ləçəyi

Attention! Feel free to leave feedback.