Niyaməddin Musayev - Dünya Sənin Dünya Mənim Songtexte

Songtexte Dünya Sənin Dünya Mənim - Niyaməddin Musayev




Bir taleyin oyununda cütlənmiş zərik
Yüz il qoşa atılsaq da qoşa düşmərik
Bir zərrənin işığına milyonlar şərik
Dünya sənin dünya mənim dünya heç kimin
Bu get-gəllər bazarına dəvədi dünya
Bu ömür-gün naxışına həvədi dünya
Əbədiyə qəh-qəh çəkir əbədi dünya
Dünya sənin dünya mənim dünya heç kimin
Çevrəsindən çıxsa əgər sevda fırfıran
Bir ümidin ətəyindən tutub da fırlan
Eşidirsən pıçıldayır yıxılan,duran
Dünya sənin dünya mənim dünya heç kimin
Bu get-gəllər bazarına dəvədi dünya
Bu ömür-gün naxışına həvədi dünya
Əbədiyə qəh-qəh çəkir əbədi dünya
Dünya sənin dünya mənim dünya heç kimin



Autor(en): Niyaməddin Musayev


Attention! Feel free to leave feedback.