Akif İslamzadə - Axşam Mahnısı Lyrics

Lyrics Axşam Mahnısı - Akif İslamzadə



Qaş qaralır, kölgə tutur
Yavaş-yavaş meşəni
Gözüm yolda, könlüm səsdə
Gözləyirəm mən səni
Səbrim getdi, harada qaldın?
Qaş qaraldı, gəlmədin
Bəlkə mənim könlümdəki
Döyüntünü bilmədin?
Ah... döyüntünü bilmədin
Suya düşür, budur
Yaşıl yarpaqların kölgəsi
Ürəyimdən xəbər verir
Ötən quşların səsi
Səbrim getdi, harada qaldın?
Qaş qaraldı, gəlmədin
Bəlkə mənim könlümdəki
Döyüntünü bilmədin?
Ah... döyüntünü bilmədin
Ah... döyüntünü bilmədin
Aydın göylər, uca dağlar
Göy meşələr, lal sular
Sizi gördüm, ürəyimdə
Aşıb-daşdı arzular
Səbrim getdi, harada qaldın?
Qaş qaraldı, gəlmədin
Bəlkə mənim ürəyimdə
Döyüntünü bilmədin?
Ah... döyüntünü bilmədin
Ah... döyüntünü bilmədin
Döyüntünü bilmədin
Döyüntünü bilmədin



Writer(s): Tofiq Quliyev, Zeynal Cabbarzade


Akif İslamzadə - Bu Gecə
Album Bu Gecə
date of release
01-06-1995




Attention! Feel free to leave feedback.