Arzu Əliyeva - Cavanlığım Lyrics

Lyrics Cavanlığım - Arzu Əliyeva



Həyatımın tacı idi
Qaragözlü cavanlığım
Eşq, məhəbbət acı idi
Qaragözlü cavanlığım
Ürək kimi döyünərdi
bir qəmi, bir dərdi
Ürək kimi döyünərdi
bir qəmi, bir dərdi
Çox illərə sinə gərdi
Durdu, dözdü cavanlığım
Çox illərə sinə gərdi
Durdu, dözdü cavanlığım
Ömrü çiçək qədər oldu, a-a-a?
Sevinc oldu, kədər oldu
Neyçün gəldi-gedər oldu, a-a-a?
Kimdən küsdü cavanlığım?
Arzulara adlayardı
Qönçə kimi çatlayardı
Gözəlləri odlayardı
Qaynar, isti cavanlığım
Sevgilərin məbədiydi
Təbiətin nemətiydi
Sevgilərin məbədiydi
Təbiətin nemətiydi
Sanardım ki, əbədidir
Tükənməzdir cavanlığım
Sanardım ki, əbədidir
Tükənməzdir cavanlığım
Ömrü çiçək qədər oldu, a-a-a?
Sevinc oldu, kədər oldu
Neyçün gəldi-gedər oldu, a-a-a?
Kimdən küsdü cavanlığım?
Ömrü çiçək qədər oldu, a-a-a?
Sevinc oldu, kədər oldu
Neyçün gəldi-gedər oldu, a-a-a?
Kimdən küsdü cavanlığım?
Lay-lay-la-la-lay
Lay-lay-la-la-lay
Neyçün gəldi-gedər oldu, a-a-a?
Kimdən küsdü cavanlığım?
Harada qaldı cavanlığım?
Hara getdi cavanlığım?




Arzu Əliyeva - İfalar, Vol. 1
Album İfalar, Vol. 1
date of release
13-04-2023




Attention! Feel free to leave feedback.