Aygün Bəylər - Sənin Gözlərin Lyrics

Lyrics Sənin Gözlərin - Aygün Bəylər




gözəl süzülür qara gözlərin
Əcaba, onları süzmək vaxtımı?
Duruşun mənalı, baxışın dərin
Mən bu dərinlikdə buldum baxtımı
Sənin gözlərinmi gənclik bağında
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?
O qara gözlərin deyil parlayan
Ulduzlar içimdə gecələrimdir
Bəlkə də, ruhuma aydınlıq yayan
Bir sərin, ziyalı, yaz səhərimdir
Sənin gözlərinmi gənclik bağında
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?
Sənin gözlərinmi gənclik bağında
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?
Sənin gözlərinmi gənclik bağında
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?
A-a-a-a-ay
Çeşməsi qaynar






Attention! Feel free to leave feedback.