Eldar Mansurov - Səhərimin Günəşi, Pt. 2 Lyrics

Lyrics Səhərimin Günəşi, Pt. 2 - Eldar Mansurov feat. Nisə Qasımova



Sənin gözlərindən keçən ömrümün
Gümanı da sənsən, gərəyi sən
Mənim məhəbbətlə dolu qəlbimin
İstəyi sənsən, diləyi sən
Günəşi olmusan al səhərimin
Qənimi olmusan hər kədərimin
Səndən ilham alan nəğmələrimin
Həyatı da sənsən, ürəyi sən
Yolumda işıqdır nurlu gözlərin
Səpilə üstümə nərgizlərin
Bu əlvan bağların, yaşıl düzlərin
Qönçəsi sənsən, çiçəyi sən
Günəşi olmusan al səhərimin
Qənimi olmusan hər kədərimin
Səndən ilham alan nəğmələrimin
Həyatı da sənsən, ürəyi sən



Writer(s): Eldar Mansurov, Ibrahim Göyçaylı


Eldar Mansurov - Eldar Mansurovun Mahnıları
Album Eldar Mansurovun Mahnıları
date of release
24-03-2021



Attention! Feel free to leave feedback.