Eldar Mansurov - Bu Bəyaz Gecədə Lyrics

Lyrics Bu Bəyaz Gecədə - Eldar Mansurov



Bu gün xumar idi göylər necə
Ulduzlar qoynunda Ay nazlanırdı
Bu aylı gecədə, bəyaz gecədə
Bir körpə məhəbbət pərvazlanırdı
Səma xumar idi, yer xumar idi
İki sevən üçün bu bəyaz gecə
İşıqdan biçilmiş paltar idi
İki sevən üçün bu bəyaz gecə
İşıqdan biçilmiş paltar idi
İki sevən üçün bu bəyaz gecə
Təbiət olmuşdu uşaq yaşında
Dünyamız özünü xoşbəxt sanırdı
Bu bəyaz gecədə bulaq başında
Bir körpə məhəbbət pərvazlanırdı
Səma xumar idi, yer xumar idi
İki sevən üçün bu bəyaz gecə
İşıqdan biçilmiş paltar idi
İki sevən üçün bu bəyaz gecə
İşıqdan biçilmiş paltar idi
İki sevən üçün bu bəyaz gecə
Yanırdı gizlicə qəm için-için
Həsrətin, hicranın beli sınırdı
Bu bəyaz gecədə günlər üçün
Bir körpə məhəbbət pərvazlanırdı
Səma xumar idi, yer xumar idi
İki sevən üçün bu bəyaz gecə
İşıqdan biçilmiş paltar idi
İki sevən üçün bu bəyaz gecə
İşıqdan biçilmiş paltar idi
İki sevən üçün bu bəyaz gecə
İki sevən üçün bu bəyaz gecə
Bu bəyaz gecə
Bu bəyaz gecə



Writer(s): Eldar Mansurov, şamxal Rüstəm


Eldar Mansurov - Eldar Mansurovun Mahnıları
Album Eldar Mansurovun Mahnıları
date of release
24-03-2021




Attention! Feel free to leave feedback.