Lyrics De, Kim Eşitsin - Samir Bagirov , Eldar Mansurov
Ürək də üşüyərmi?
Üşüyər, yaralansa
Məhəbbət paralansa
Ürəyimdə üşütmə
Sən dərdimi eşitmə
De, kim eşitsin?
De, kim eşitsin?
Ürək də oxuyarmı?
Oxuyar, eşqə düşsə
Həsrətlilər görüşsə
Ürəyimdə nəğmə var
Sən nəğməmi eşitmə
De, kim eşitsin?
De, kim eşitsin?
Ürək də çığırarmı?
Çığırar, o qalsa tək
Tapmasa imdad, kömək
Ürəyim haray çəkir
Sən də onu eşitmə
De, kim eşitsin?
De, kim eşitsin?
Attention! Feel free to leave feedback.