Elmira Rəhimova - Qoy Hamı Bilsin Lyrics

Lyrics Qoy Hamı Bilsin - Elmira Rəhimova



Sevgidən, qayğıdan doymur heç zaman
Həmişə hər yerdə ülfət gəzir göz
O qədər zərifdir, incədir insan
Toxunur qəlbinə güldən ağır söz
Gəlin bu dünyada qol-qola gəzək
Çiçəktək ulduzlar yerə səpilsin
Gəlin bu dünyada qol-qola gəzək
Çiçəktək ulduzlar yerə səpilsin
Şeirdən, nəğmədən doymasın ürək
Bizim bu ülfəti qoy hamı bilsin
Şeirdən, nəğmədən doymasın ürək
Bizim bu ülfəti qoy hamı bilsin
Sevgiylə daş üstə çiçək bitir
Bu lətif söhbəti, sözü zamanın
Nəğməli-düyünlü bu günlər ötür
Xətrinə dəyməsin insan insanın
Gəlin bu dünyada qol-qola gəzək
Çiçəktək ulduzlar yerə səpilsin
Gəlin bu dünyada qol-qola gəzək
Çiçəktək ulduzlar yerə səpilsin
Şeirdən, nəğmədən doymasın ürək
Bizim bu ülfəti qoy hamı bilsin
Şeirdən, nəğmədən doymasın ürək
Bizim bu ülfəti qoy hamı bilsin
Bizim bu ülfəti qoy hamı bilsin




Elmira Rəhimova - İfalar, Vol. 3
Album İfalar, Vol. 3
date of release
27-07-2023




Attention! Feel free to leave feedback.