Elmira Rəhimova - İşıqlı Dünyamsan Lyrics

Lyrics İşıqlı Dünyamsan - Elmira Rəhimova




Ay mənim Günəşim, əzizim, ana
İşıqlı dünyamsan, görən gözümsən
Ay mənim Günəşim, əzizim, ana
İşıqlı dünyamsan, görən gözümsən
Gedirsən mənimlə, getsən hayana
Sən mənim həyatım, mənim özümsən
Gedirsən mənimlə, getsən hayana
Sən mənim həyatım, mənim özümsən
Ən rahat evimdir o geniş sinən
Dünyada hamıdan mehriban anam
Ən rahat evimdir o geniş sinən
Dünyada hamıdan mehriban anam
Qayğınla böyüyüb boy atmışam mən
Qoy öpüm o ipək saçından, anam
Qayğınla böyüyüb boy atmışam mən
Qoy öpüm o ipək saçından, anam
Əllərin ən rahat yastığım olub
Onların istisi qalıb üzümdə
Əllərin ən rahat yastığım olub
Onların istisi qalıb üzümdə
Qəlbindən qəlbimə arzular dolub
Yaşayır gözünün şövqü gözümdə
Qəlbindən qəlbimə arzular dolub
Yaşayır gözünün şövqü gözümdə
Ən rahat evimdir o geniş sinən
Dünyada hamıdan mehriban anam
Ən rahat evimdir o geniş sinən
Dünyada hamıdan mehriban anam
Qayğınla böyüyüb boy atmışam mən
Qoy öpüm o ipək saçından, anam
Qayğınla böyüyüb boy atmışam mən
Qoy öpüm o ipək saçından, anam



Writer(s): Ibrahim Göyçaylı, Nəriman əzimov



Attention! Feel free to leave feedback.