Elmira Rəhimova - Şirin Yuxular Lyrics

Lyrics Şirin Yuxular - Elmira Rəhimova



Məhəbbətin qədər
Açılmaz sirri varmış
Ürəyə yol tapan tək
Onu ovsunlayarmış
Ay sevgilim, mən sənə könül verəndən bəri
Gecələr belə aydın görürəm üfüqləri
Quş kimi qanadlanıb çiçək kimi açıram
Şirin-şirin yuxular qanadında uçuram
Gözlərimi yumuram
Nura dönür qaranlıq
Şirin yuxularımda səni
Görcək bir anlıq
Ay sevgilim, mən sənə könül verəndən bəri
Gecələr belə aydın görürəm üfüqləri
Quş kimi qanadlanıb çiçək kimi açıram
Şirin-şirin yuxular qanadında uçuram
Arzum budur, sevgilim
Ömrümüz boyu
Hər an həyatımda sən
Mənim şirin yuxum olasan
Ay sevgilim, mən sənə könül verəndən bəri
Gecələr belə aydın görürəm üfüqləri
Quş kimi qanadlanıb çiçək kimi açıram
Şirin-şirin yuxular qanadında uçuram
Şirin-şirin yuxular qanadında uçuram
Şirin-şirin yuxular qanadında uçuram
Qanadında uçuram



Writer(s): Elmira Rəhimova


Elmira Rəhimova - İfalar, Vol. 4
Album İfalar, Vol. 4
date of release
13-09-2023




Attention! Feel free to leave feedback.