Elvin Nasir - Düşdüm Lyrics

Lyrics Düşdüm - Elvin Nasir



Sol əlim köz götürüb çəkdi mənim gözlərimə
Bilmirəm hansı nağıldır nəyin əfsanəsidir?
Elə yandım ki, yananlar yalan olmuş yanımda
Bəlkə haqq işidir, yaradılışın qayəsidir?!
Gözümün yaşları buz tutub qalıb qənşərimdə
İçində ölüm yazılmış neçə fərmanlara düşdüm
Mənə bir palçıq atdılar içində iynələrlə
Hər biri batdı kürəkdən şərə böhtanlara düşdüm
Atdığım addımların izlərində şeirlərim var
Hər biri səhvlərimin doğrusudur ruha dərsdir
Sizinçün adi olan hissləri mən saxlamışam
Üstünü bağlamışam satmıram ki müqəddəsdir
Bu cür bir səsdir bu titrək bir avaz
Sanki bülbül xəbər verir ki gülüstanlara düşdüm
Baxdım pencərədən bülbülü şeyda gəzir?
Yıxılıb son nəfəsdə deyir ki, hicranlara düşdüm
Əlimdə parça çörək su axtaran dilənçiyəm
Birində dost gəzirəm, birində eşq gəzirəm
Məni kim mənnən aldı, doğru yerdə saxlamadı
Çıxarılmayan fitrəyəm, verilməmiş nəzirəm
İnanın çox bezirəm bu dünyanın dövrəsindən
Hər dəfə dövr edəndə bilinməz ünvanlara düşdüm
Dedilər nizam intizam yaradır əzab əziyyət
Həyatım dağıldıqca səliqə səhmanlara düşdüm
Qəribə məntiqi var bu dünyanın anlamıram
Əslində sevinc gizlədir əzablı tənhalıqda
Əgər ki bir məzarda ikinci bir yer yoxsa
Demək ki, zati əzəldən hamımız tənhayıq da
Ruhuma xəstəlik salan neçə loğmanlara düşdüm
qədər bilmədiyim davalarda qanlara düşdüm
Gözlərim zirvədir ki düşən insan sağ qalmır
Insanlıq insannan düşdü mən insanlara düşdüm



Writer(s): Aydın Xırdalanlı, Elvin Nasir


Elvin Nasir - Divanə
Album Divanə
date of release
20-08-2020




Attention! Feel free to leave feedback.