Gülyanaq Məmmədova - Giley Lyrics

Lyrics Giley - Gülyanaq Məmmədova



Gözlərinə baxan gündən
Görə bilmirəm heç kimi
Kimsə sahib çıxmayacaq
Gəl apar qərib eşqini
Axşamları tənhalıq
Səni üzürmü, görən?
Əllərinin sığalını
Saçların gəzirmi, görən?
Həsrət kimi soyuqluqdan
Qəlbin üşüyürmü sənin?
Yaşadığın mənli günlər
Yadına düşürmü sənin?
Yoxsa, artıq isinmisən?
Yad bir eşqin istisinə
Alışmısan o adamın
Gileyinə, tənəsinə?
Unutmağa çalışırsan
Sanki, məni görməmisən
Taleyinlə barışırsan
Elə bil, heç sevməmisən
Həsrət kimi soyuqluqdan
Qəlbin üşüyürmü sənin?
Yaşadığın mənli günlər
Yadına düşürmü sənin?
Həsrət kimi soyuqluqdan
Qəlbin üşüyürmü sənin?
Yaşadığın mənli günlər
Yadına düşürmü sənin?
Yalanların, həsrətindən daha çəkilməzdir
Bilirsən, kaş tanıdığım kimi qalaydın!
Bəlkə, o zaman asan olardı yoxluğunla yaşamaq
Ayrılmaq, aldanmaqdan asan imiş
Həsrət kimi soyuqluqdan
Qəlbin üşüyürmü sənin?
Yaşadığın mənli günlər
Yadına düşürmü sənin?
Həsrət kimi soyuqluqdan
Qəlbin üşüyürmü sənin?
Yaşadığın mənli günlər
Yadına düşürmü sənin?
Bu bir taledir
Mənim taleyim
Qəribə taleyim
Qəribə taleyim



Writer(s): Sevinc Tofikqızı


Gülyanaq Məmmədova - İfalar (Vol. 1)
Album İfalar (Vol. 1)
date of release
07-09-2021




Attention! Feel free to leave feedback.