Gülyanaq Məmmədova - Güloğlan Lyrics

Lyrics Güloğlan - Gülyanaq Məmmədova



Oğlan, getmə, dayan, dur
Eşqim sənə bəyandır
Oğlan, getmə, dayan, dur
Eşqim sənə bəyandır
Gəlişinə mən qurban
Gedişin yamandır!
Gəlişinə mən qurban
Gedişin yamandır!
Özü bir gül
Sözü bir gül
Saçı sünbül Güloğlan
Dur gəl, qadan mən allam
Özü bir gül
Sözü birgül
Saçı sünbül Güloğlan
Dur gəl, qadan mən allam
Evləri köndələn, yar
Bizə gül göndərən, yar
Evləri köndələn, yar
Bizə gül göndərən, yar
Gülün yarpıza dönsün
Məndən üz döndərən, yar
Gülün yarpıza dönsün, a balam
Məndən üz döndərən, yar
Özü bir gül
Sözü birgül
Saçı sünbül Güloğlan
Dur gəl, mən sənə qurban
Özü bir gül
Sözü bülbül
Saçı sünbül Güloğlan
Dur gəl, qadan mən allam
Ay qaraçuxa, boz papaq
Çit arxalı Güloğlan
Ay qaraçuxa, boz papaq
Çit arxalı Güloğlan
Atını yan çək, qapqara birçək
Hamıdan göyçək Güloğlan
Atını yan çək, qapqara birçək
Hamıdan göyçək Güloğlan
Atını yan çək, qapqara birçək
Hamıdan göyçək Güloğlan
Atını yan çək, qapqara birçək
Hamıdan göyçək Güloğlan
Qızılgülsən, butasan
Məni salma oda sən
Qızılgülsən, butasan
Məni salma oda sən
Mən o güldən deyiləm
İyləyəsən, atasan
Mən o güldən deyiləm
İyləyəsən, atasan
Özü bir gül
Sözü bülbül
Saçı sünbül Güloğlan
Dur gəl, qadan mən allam
Özü bir gül
Sözü bülbül
Saçı sünbül Güloğlan
Dur gəl, mən sənə qurban
Qapıda duran oğlana gül
Oğlana gül, oğlana
Boynunu buran oğlana gül
Oğlana gül, oğlana
İrəhmin gəlsin, nənə
Gəlsin, nənə, gəlsin, nənə
Qoy, məni alsın, nənə
Alsın, nənə, alsın, nənə!
İrəhmin gəlsin, nənə
Gəlsin, nənə gəlsin, nənə
Qoy, məni alsın, məni
Alsın, məni alsın, ay nənə
Ay nənə, ay nənə



Writer(s): Xalq Mahnısı


Gülyanaq Məmmədova - İfalar (Vol. 1)
Album İfalar (Vol. 1)
date of release
07-09-2021




Attention! Feel free to leave feedback.