Gülyanaq Məmmədova - Gilənar Lyrics

Lyrics Gilənar - Gülyanaq Məmmədova



Gözüm gördü, könlüm sana vuruldu
A balam, vuruldu
Gözüm gördü, könlüm sana vuruldu
A balam, vuruldu
İsbatı qəlbimin yarasındadır
İsbatı qəlbimin yarasındadır
Sevmək eyib deyil bizim zamanda
A balam, zamanda
Günah gözlərinin qarasındadır
O taylısan, bu taylısan
Şəmkirlisən, Şirvanlısan
Göyçəlisən, Kəlbəcərlisən
Bizim ellisən, şirin dillisən
A sonam, a sonam, ölürəm
Səni mən sevirəm
Gilənar, ölürəm mən, ey!
A zalım, a zalım, ölürəm
Səni mən sevirəm
Gilənar, ölürəm
Səni mən sevirəm
Sevməyə bilərmi bülbül çəməni
A balam, çəməni?
Sevməyə bilərmi bülbül çəməni
A balam, çəməni?
Laləni, nərgizi, həm yasəməni
Laləni, nərgizi, həm yasəməni
O taylısan, bu taylısan
İncəbellisən, qaratellisən
Dərdin alım, ağrın alım
Gilənar, sona yar, ay tazə yar
A zalım, a zalım, ölürəm
Səni mən sevirəm
Gilənar, ölürəm mən, ey
A sonam, a sonam, ölürəm
Səni mən sevirəm
Gilənar, ölürəm
Səni mən sevirəm
Nuri-didəm, sənə qurbandır bu canım, bəri gəl
Nuri-didəm, sənə qurbandır bu canım, bəri gəl
Bir qədər asta yeri sərvi-rəvanim, bəri gəl
Sən kimi, sən kimi incə gülün bülbülü
Şeydası mənəm
Yayılıb gülşənə, bil, ahu-fəğanım, bəri gəl
qədər dözməliyəm, söylə görüm, hicri-qəmə?
qədər dözməliyəm, söylə görüm, hicri-qəmə?
Qalmayıb ində mənim səbrü-qərarım, bəri gəl
Bikəsəm, halim sorsan şad olaram
Çünki varımdır sənə sirri-gümanım
Bəri gəl, bəri gəl, bəri gəl
İstəsən alovlat, istəsən söndür
A balam, ya öldür
İstəsən alovlat, istəsən söndür
Ay balam, gəl öldür
Qəlbim odla suyun arasındadır
O taylısan, bu taylısan
Səni yanasan
Bir dənəsən
Ay balam, ay balam, ölürəm
Səni mən sevirəm
Gilənar, ölürəm mən, ey!
A sonam, a sonam, ölürəm
Səni mən sevirəm
Gilənar, ölürəm, qadan alım
Səni mən sevirəm
Səni mən sevirəm, ay!



Writer(s): Saz Havasi


Gülyanaq Məmmədova - İfalar (Vol. 1)
Album İfalar (Vol. 1)
date of release
07-09-2021




Attention! Feel free to leave feedback.