Lalə Məmmədova - Inan Lyrics

Lyrics Inan - Lalə Məmmədova




Deyirsən ki, divanəsən
Dəli-dəli gül, inanım
Sevgimizə pərvanəsən
Zülmətimə gəl, inanım
Dedin, bağrın gülə dönüb
Mənsiz yanıb, külə dönüb
Göz yaşların selə dönüb
Qoy aparsın sel, inanım
Gülüm, dedin, bu eşqimiz sirr olacaq
Qovuşmasaq, ayrı düşsək
Ölüm müqəssir olacaq
Bu dünyanın acığına
O dünyamız bir olacaq
Ağlayanda göz yaşımı sil, inanım
Ağlayanda göz yaşımı sil, inanım
İnan, gülüm, mənə inan
İnan, sevgimizə inan
İnan, gülüm, mənə inan
İnan, sevgimizə inan
Ruhu oyatmağa var?
Çalıb oynatmağa var?
Aldadıb atmağa var?
Həsrətimdən öl, inanım
Sənsiz keçir yenə bu yaz
qəlbini, bu tel, bu saz
Elin sözü yalan olmaz
Qoy danışsın el, inanım
Gülüm, dedin, bu eşqimiz sirr olacaq
Qovuşmasaq, ayrı düşsək
Ölüm müqəssir olacaq
Bu dünyanın acığına
O dünyamız bir olacaq
Ağlayanda göz yaşımı sil, inanım
Ağlayanda göz yaşımı sil, inanım
İnan, gülüm, mənə inan
İnan, sevgimizə inan
İnan, gülüm, mənə inan
İnan, sevgimizə inan
Gülüm, dedin, bu eşqimiz sirr olacaq
Qovuşmasaq, ayrı düşsək
Ölüm müqəssir olacaq
Bu dünyanın acığına
O dünyamız bir olacaq
Ağlayanda göz yaşımı sil, inanım
Ağlayanda göz yaşımı sil, inanım
İnan, gülüm, mənə inan
İnan, sevgimizə inan
İnan, gülüm, mənə inan
İnan, sevgimizə inan




Attention! Feel free to leave feedback.
//}