Mirzə Babayev - Uzaq Yaşıl Ada Lyrics

Lyrics Uzaq Yaşıl Ada - Mirzə Babayev



Ürəyim yol çəkir bir gözə dönüb
Yollar da tərs kimi uzanıb, gülüm
Yuxumdan hər gecə durnalar keçir
Bilmirəm, nolub, haradan bilim?
Belə getsə, sınar quşların səsi
Dənizin səsi günbəgün batar
Yubanma, əzizim, gəl qurtar məni
Ürəyim qanadlar üstündə yatar
Halıma yanan gərək səsin düşəndə yada
Ötən günləri qoru, yaxşı bax, vermə bada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Tez ol, xəbər yolla, görüm, necəsən?
Gözlərin necədir, gülüşün necə?
Yaman darıxmışam mən səndən ötrü
Barı bir soraq ver özün gəlincə
Yerini bilmirəm, bilsəm, gələrəm
Könlünü alaram, sevərəm yenə
Xəzərin üstündən qalxan dumana
Qara şanı büküb gətirrəm sənə
Halıma yanan gərək səsin düşəndə yada
Ötən günləri qoru, yaxşı bax, vermə bada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada
Sən uzaq yaşıl ada
Sən uzaq yaşıl ada
Sən uzaq yaşıl ada
Sən uzaq yaşıl ada
Sən uzaq yaşıl ada




Mirzə Babayev - İfalar (Vol. 5)
Album İfalar (Vol. 5)
date of release
30-04-2024




Attention! Feel free to leave feedback.