Mirzə Babayev - Gəlmədi - "Telefonçu Qız" Filmindən Lyrics

Lyrics Gəlmədi - "Telefonçu Qız" Filmindən - Mirzə Babayev




Günlərin birində
Vuruldum yaman
Bir ala gözlünün
Bir şirin sözlünün
Bir mələk üzlünün
Oduna yandım
Bir gün qapılarında
Bir gün qapılarında
Xeyli dayandım
Gəlmədi, gəlmədi
Düşündüm, söylədim ki
Onun qəlbinə dəydim?
Gəlmədi, gəlmədi
Ürəyim sevərdimi
Gözlərim görməsəydi?
Bir bahar axşamı
Rast gəldim ona
Tutdum şirin dilə
Dedim gülə-gülə
Sənsən bundan belə
İlqarım, andım
Bir gün qapılarında
Bir gün qapılarında
Xeyli dayandım
Gəlmədi, gəlmədi
Düşündüm, söylədim ki
Onun qəlbinə dəydim?
Gəlmədi, gəlmədi
Ürəyim sevərdimi
Gözlərim görməsəydi?
Gəlmədi
Gəlmədi




Attention! Feel free to leave feedback.