Mirzə Babayev - Sənsiz Niyə Gərəkdir Lyrics

Lyrics Sənsiz Niyə Gərəkdir - Mirzə Babayev



Sona düşür göllərə
Seyrə çıxaq çöllərə
Gəl qucaq-qucaq gül-çiçək yığaq
Düzək qara tellərə
Çöllər gör qəşəngdir
Gülləri rəngbərəngdir
Bu yaşıl çəmən, lalə, yasəmən
Sənsiz niyə gərəkdir?
Sən gəzməyə çıxanda
Bizim ana Muğanda
Qönçələr açır, ətrini saçır
Təzə güllər hər yanda
Çöllər gör qəşəngdir
Gülləri rəngbərəngdir
Bu yaşıl çəmən, lalə, yasəmən
Sənsiz niyə gərəkdir?
Güllər bənzəyir sənə
O gülümsər çöhrənə
Buna görə dağ da, dərə
Güllər xoş gəlir mənə
Çöllər gör qəşəngdir
Gülləri rəngbərəngdir
Bu yaşıl çəmən, lalə, yasəmən
Sənsiz niyə gərəkdir?
Qoşulub min gözələ
Gəzməyə çıxsan çölə
Gözü bağlı mən sənin ətrindən
Taparam qara gilə
Çöllər gör qəşəngdir
Gülləri rəngbərəngdir
Bu yaşıl çəmən, lalə, yasəmən
Sənsiz niyə gərəkdir?




Mirzə Babayev - İfalar (Vol. 5)
Album İfalar (Vol. 5)
date of release
30-04-2024




Attention! Feel free to leave feedback.