Mübariz Tağıyev - Həyatın Qanunu Lyrics

Lyrics Həyatın Qanunu - Mübariz Tağıyev



Çaylar dönüb dəniz olur
Səhər-axşam axa-axa
Adam əsl adam olur
Görə-görə, baxa-baxa
Hər şeyin qanunu var
Əvvəli var, sonu var
Sevinc olmaz, qəm olmasa
Quru olmaz, nəm olmasa
Zil səs olmaz, bəm olmasa
Qış olmasa, yaz olmaz
Çox olmasa, az olmaz
Heçdən heç qurulmur
Heçdən heç alınmır
Heç bölünmür, vurulmur
Ov eyləyir, dünya görür
Qartal göydə süzə-süzə
Yazıq balıq ömür sürür
Yamyaş suda üzə-üzə
Hər şeyin qanunu var
Əvvəli var, sonu var
Hər şeyin qanunu var
Əvvəli var, sonu var
Hər şeyin qanunu var
Əvvəli var, sonu var




Mübariz Tağıyev - İfalar, Vol. 1
Album İfalar, Vol. 1
date of release
28-11-2023




Attention! Feel free to leave feedback.