Orkhan Zeynalli - #Nəvarnəyox Lyrics

Lyrics #Nəvarnəyox - Orxan Zeynallı



Var track başlayır hansı ki, nəqarətsiz
Var söz biraz düz, amma cəsarətsiz
Var xalqa müraciət sanki ədəbiyyatdır
Var xalq hansı ki, dinlədikcə əbədi yatdı
Var ölkə hansı ki, tikilir sökülür turistlərcün
Var sevgi hansı ki, küçədə yemdi polislərçün
Var qələm, var vərəq var tükənməz hisslər
Var dinləyici hansı ki, sevdiyindən ölməyini istər
Var səma, var günəş hansı ki, qovur ulduzları
Var vəhşi ata-ana hansı ki, doğur quduzları
Var şəhər, bir-iki damla bal qalanı zəhər
Var cəmiyyət hansı, qəhrəmandan çox yalanı sevər
Var bezmək, var dözmək, çoxluqda itib getmək
Var tərk edib getmək, var tüpürüb getmək
Var intihar etmək sevgi cavabsız qalanda
Var cəhənnəmdə yanmaq günahsız olanda
Var pul, var şöhrət, var əmr qul
Varsa sədaqətin evin yananda yerində dur
Var insan səhv etdikcə sevir səhv edənləri
Var Allah dərd verir sevir səbr edənləri
Var dəniz dibinə getdikcə anlayırsan
Ki var qaranlıqda parıldayan möcüzələr
Var hekayə hansının ki, sonunda ağlayırsan
var yeni səhifə açıb köhnə kitabı bağlayırsan
(Nəqarət: AiD)
Var keçmişdən bizə gələnlər
Var gələcəyi görürəm deyənlər
Yoxsa uzun-uzun söhbət edənlər
Tap tanışını "nə var, yox" denən Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
Track′im var
Tökəcəm qədər ki, gec deyil AiD)
Var brend alanlar, var brend olanlar
Var düz yol gedənlərə bənd olanlar
Var böyük qüvvə yaratmaq fərqlilərdən
Var məndə olanlar, var səndə olanlar
Var sistem hansı ki, min illər boyu dəyişmir
Yuxarıdakılar qol çəkir aşağıdakılar öldükcə
Mən düz söz desəm, sən onu dərk etsən
Bir olub dəf etmək olar hər sədd hörüldükcə
Var hamı gözün bağlayanda gizlincə göz vurmaq
Qaranlıq hamını ağladanda işıq salıb iz qoymaq
Yem bol, geniş qarınlar doymayan gözlər
Siz partlamaq istiyirsiz, amma biz doymaq
var yox deyib keçirik, amma dəyişmir heç
Dərdi özü istəyənlərin dərdi artıq deyil vecimə
Hünərin yoxsa, xəyallar sərhədin keçmə
Həyat sənin seçimindir axı, istəmirsən seçmə
(Nəqarət: AiD)
Var keçmişdən bizə gələnlər
Var gələcəyi görürəm deyənlər
Yoxsa uzun-uzun söhbət edənlər
Tap tanışını "nə var, yox" denən Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
Track'im var
Tökəcəm qədər ki, gec deyil AiD)
Cəmiyyət məhv olur, yazmamaq olmur, susmaq olmur
Azadlıq olub şou-biznes ancaq əyləncə üçün
Bakının havası udmaq, ki, qusmaq olmur
Açılmış pərdələr bağlanır bir gün evlənmək üçün
Hər dəfə qoyuram qələmi tənqidə başlamadan
Onsuzda dəyişmir heç nə, əsəblər boşuna məhv olur
Bu xalqın tələbi belədir, səbəbi bilmir daşlamadan
Onsuzda sabah düz olacaq şəxs, bu gün səhv olur
(Nəqarət: AiD)
Söhbətim şəhərimlə bu gün
Zəhərim var bu gün
Track′im var
Tökəcəm qədər ki, gec deyil



Writer(s): Orxan Aid Zeynallı


Orkhan Zeynalli - Yaş Gəlir
Album Yaş Gəlir
date of release
16-12-2012



Attention! Feel free to leave feedback.